İstifadə şərtləri
Son yenilənmə: 30 sentyabr 2026
FluentED (fluented.app) ingilis dilində danışmağı öyrədən veb tətbiqdir. Hesab yaratmaqla və tətbiqdən istifadə etməklə bu şərtləri qəbul edirsən.
1. Hesab
Hesabı özün üçün açırsan və işlək e-poçt yazırsan. Şifrəni heç kimə vermə. Hesabında edilən hərəkətlərə görə sən cavabdehsən.
2. Lisenziya
Tam giriş lisenziya kodu ilə açılır. Kodu Instagram-da @fluentedcom səhifəsindən alırsan. Ödəniş birdəfəlikdir, aylıq abunə yoxdur.
Bir kod bir nəfər üçündür və bir hesaba bağlanır. Bir hesabdan ən çox 2 cihazda istifadə etmək olar.
3. Pulsuz sınaq
Hər kəs bir dəfə kodsuz 1 günlük sınaq aça bilər. Sınaqda məzmunun bir hissəsi açıqdır. Sınaq bitəndə davam etmək üçün kod lazımdır, irəliləyişin itmir.
4. Nə qadağandır
- Hesabı, şifrəni və ya lisenziya kodunu başqasına vermək, satmaq və ya icarəyə vermək.
- Cümlələri, tərcümələri, səsləri, mətnləri və dərsləri köçürüb yaymaq, satmaq və ya başqa məhsulda istifadə etmək.
- Məzmunu avtomatik vasitələrlə toplamaq.
Məzmunun müəllif hüququ haqqında ətraflı: Müəllif hüquqları.
5. Süni intellekt yoxlaması
Tələffüz və yazı yoxlaması köməkçi alətdir və bəzən səhv edə bilər.
6. Xidmətin işləməsi
Tətbiqin fasiləsiz işləməsinə çalışırıq, amma texniki işlər və ya internet problemləri səbəbindən qısa fasilələr ola bilər. Məzmunu yeniləyə və tətbiqi dəyişə bilərik.
7. Pozuntu
Bu şərtlər pozulduqda lisenziya xəbərdarlıqsız ləğv oluna və hesaba giriş bağlana bilər.
8. Şəxsi məlumatlar
Hansı məlumatları saxladığımız və onları necə sildirə biləcəyin: Məxfilik siyasəti.
9. Dəyişikliklər
Şərtlər dəyişəndə səhifənin yuxarısındakı tarix yenilənir. Dəyişiklikdən sonra tətbiqdən istifadəyə davam etmək yeni şərtləri qəbul etmək deməkdir.
Əlaqə
Sualın varsa, bizə yaz.
Instagram: @fluentedcom