HÜQUQİ MƏLUMAT

Məxfilik siyasəti

Son yenilənmə: 30 sentyabr 2026

Bu səhifə FluentED-in hansı məlumatları saxladığını və onları nə üçün istifadə etdiyini izah edir. Məlumatlarını satmırıq və reklam üçün istifadə etmirik.

Hansı məlumatları saxlayırıq

  • Adın, e-poçtun və şifrən. Şifrə açıq şəkildə saxlanılmır.
  • Google ilə daxil olsan, Google-dan adın və e-poçtun.
  • Öyrənmə irəliləyişin və ayarların.
  • Lisenziya və pulsuz sınaq məlumatları.
  • Hesabının hansı cihazlarda istifadə olunduğu.

Nə üçün istifadə edirik

  • Hesabına girmək və irəliləyişini saxlamaq.
  • Lisenziya və pulsuz sınaq.
  • Təsdiq linki və şifrə bərpası məktublarını göndərmək.
  • Tələffüz və yazı yoxlaması. Yoxlamanı özün başlatsan, səs yazın və ya cümlən yalnız yoxlama üçün göndərilir və saxlanılmır.
  • Tətbiqi və məzmunu sui-istifadədən qorumaq.

Kimə verilir

Məlumatlarını heç kimə satmırıq. Tətbiqin işləməsi üçün etibarlı texniki xidmətlərdən istifadə edirik, onlar məlumatı yalnız bu iş üçün emal edir. Qanun tələb etdikdə məlumat dövlət orqanlarına verilə bilər.

Telefonunda nə saxlanılır

Tətbiq internetsiz də işləsin deyə bəzi məlumatları telefonunda saxlayır. Reklam və izləmə kukiləri (cookies) istifadə etmirik.

Hesabı silmək

Hesabının və məlumatlarının silinməsini istəsən, Instagram-da @fluentedcom səhifəsinə yaz. Adını tətbiqin ayarlarında özün dəyişə bilərsən.

Dəyişikliklər

Bu siyasət dəyişəndə səhifənin yuxarısındakı tarix yenilənir. İstifadə şərtləri: fluented.app/sertler.

Sualın var?

Məlumatların haqqında soruşmaq üçün bizə yaz.

Instagram-da yaz

Instagram: @fluentedcom