HÜQUQİ MƏLUMAT

Müəllif hüquqları

Son yenilənmə: 28 sentyabr 2026

FluentED-dəki materiallar müəllif hüququ ilə qorunur. Bu səhifə lisenziya ilə nə edə biləcəyini və nəyin qadağan olduğunu izah edir.

Nə qorunur

  • Cümlə bazası: 3000-dən çox cümlə, onların azərbaycanca tərcümələri, seçimi, mövzulara bölünməsi və ardıcıllığı.
  • Qrammatika dərsləri, izahlar, tipik səhvlər, söz siyahıları, mətnlər və dialoqlar.
  • Səs yazıları.
  • Tətbiqin dizaynı, “FluentED” adı, loqosu, maskotu, reklam videoları və şəkilləri.
  • Tətbiqin və saytın proqram kodu.

Tək bir ingiliscə söz və ya gündəlik ifadə heç kimin mülkü deyil. Qorunan şey FluentED-in hazırladığı tərcümələr, izahlar, seçim, quruluş və səslərdir.

Lisenziya sənə nə verir

Lisenziya kodu materiallardan şəxsən öyrənmək üçün istifadə etmək hüququ verir. Bu, materialların sahibi olmaq demək deyil. Bir kod bir nəfər üçündür və bir hesaba bağlanır. Hesabdan ən çox 2 cihazda istifadə etmək olar.

Nə etmək olar

  • Tətbiqdə öyrənmək, təkrarlamaq, özün üçün qeyd götürmək.
  • Tətbiq haqqında rəy yazmaq və fluented.app linki ilə bir-iki ekran şəkli paylaşmaq.
  • Qanunun icazə verdiyi həcmdə, mənbəni göstərməklə qısa sitat gətirmək.

Nə qadağandır

  • Cümlələri, tərcümələri, səsləri, mətnləri və ya dərsləri toplu şəkildə köçürmək, yükləyib yaymaq, satmaq.
  • Onları başqa tətbiqdə, saytda, kursda, kitabda, dərs vəsaitində, Telegram, WhatsApp və ya Instagram səhifəsində istifadə etmək.
  • Dərsləri ekran yazısı ilə çəkib paylaşmaq.
  • Hesabı, şifrəni və ya lisenziya kodunu başqasına vermək, satmaq, icarəyə vermək.
  • Bot, skript və ya başqa avtomatik vasitə ilə məzmunu toplamaq, qorunma mexanizmlərini yan keçməyə cəhd etmək.
  • Materiallardan süni intellekt modellərini öyrətmək üçün istifadə etmək.
  • FluentED adı, loqosu və ya maskotu ilə oxşar məhsul təqdim etmək.

Necə qoruyuruq

Dərslər yalnız lisenziyası olan hesaba serverdən açılır. Lisenziya kodu bir hesaba bağlanır, hesab 2 cihazla məhdudlaşır və server hər hesabın istifadəsini qeyd edir.

Pozuntu olarsa

Bu qaydalar pozulduqda lisenziya xəbərdarlıqsız ləğv oluna və hesaba giriş bağlana bilər. Müəllif hüquqlarının pozulması Azərbaycan Respublikasının “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanununa (№ 115-IQ) əsasən hüquqi məsuliyyətə səbəb ola bilər.

Materiallarımızı icazəsiz yerdə görmüsən?

Linki və ya ekran şəklini bizə göndər. Əməkdaşlıq və ya materialdan istifadə üçün icazə istəyirsənsə, yenə yaz.

Instagram-da yaz

Instagram: @fluentedcom