Geri qaytarma siyasəti

Son yenilənmə: 16 noyabr 2026

FluentED rəqəmsal məhsuldur: ödənişdən dərhal sonra tətbiqə tam giriş açılır. Buna görə bütün satışlar qətidir və ödənilən məbləğ geri qaytarılmır.

1. Nə alırsan

Aylıq, 3 aylıq və ya birdəfəlik (müddətsiz) plan alırsan. Plan hesabına bağlanır və tətbiqin bütün bölmələrini seçdiyin müddət ərzində açır. Planların qiyməti və tərkibi ana səhifədə göstərilir.

2. Pul geri qaytarılmır

  • Ödəniş edildikdən və giriş açıldıqdan sonra məbləğ geri qaytarılmır.
  • İstifadə olunmamış günlər, yarımçıq qalan ay və ya fikrini dəyişmək geri qaytarma səbəbi deyil.
  • Plandan erkən imtina etsən də, artıq ödənilmiş müddətin pulu qaytarılmır.

Almadan əvvəl tətbiqin nə etdiyini ana səhifədə və suallar bölməsində oxuya bilərsən. Sualın varsa, ödənişdən əvvəl bizə yaz, məmnuniyyətlə cavab verərik.

3. Avtomatik yenilənən planlar

Planın avtomatik yenilənirsə, onu istədiyin vaxt dayandıra bilərsən. Dayandırdıqdan sonra növbəti ödəniş alınmır, artıq ödədiyin müddətin sonuna qədər isə giriş açıq qalır.

4. Rəqəmsal məzmun və imtina hüququ

Ödənişi tamamlamaqla tətbiqə girişin dərhal açılmasını istəyirsən və giriş açıldıqdan sonra 14 günlük imtina hüququnun (qanunla belə hüquq verilən ölkələrdə) qüvvədən düşdüyünü qəbul edirsən.

5. Texniki problem və ikiqat ödəniş

Ödənişdən sonra giriş açılmayıbsa və ya tətbiq işləmirsə, bizə yaz: problemi həll edib girişini bərpa edirik. Eyni sifariş üçün səhvən iki dəfə pul çıxılıbsa, artıq çıxılan ödəniş ləğv olunur.

6. Ödəniş xidməti

Saytda onlayn ödəniş Lemon Squeezy vasitəsilə aparılır. Bu halda sifarişin satıcısı (Merchant of Record) Lemon Squeezy-dir və onun alıcı şərtləri də tətbiq olunur. Lemon Squeezy öz qaydalarına əsasən, öz qərarı ilə geri qaytarma edə bilər.

7. Bank mübahisəsi

Ödənişlə bağlı problem olsa, əvvəlcə bizə yaz. Bizimlə əlaqə saxlamadan bankda mübahisə (chargeback) açılarsa, araşdırma bitənə qədər hesaba giriş dayandırıla bilər.

Əlaqə

Ödəniş və ya giriş haqqında sualın varsa, bizə yaz.

Instagram-da yaz E-poçt göndər

Instagram: @fluentedcom · E-poçt: [email protected] · İstifadə şərtləri: fluented.app/sertler