İngilis, alman və rus dillərini ən effektiv üsulla öyrən.
FluentED xarici dildə danışmaq üçün lazım olan hər şeyi bir tətbiqdə toplayıb: tələffüzünü və yazını yoxlayan süni intellekt, öyrəndiklərini unutmağa qoymayan təkrar sistemi, ikidilli videolar və kitablar. Hamısı Azərbaycan dilində izahla.
- Dinlə
- Yaz
- Diktə
- Səs
- Yaddaş
- Video
- Kitablar
FluentED 70 saniyədə.
Beş məşq mərhələsini, səhvin necə düzəldildiyini, kitab və video bölmələrini, gündəlik planı qısa videoda gör.
- 01Gündəlik plan: yeni cümlələr və təkrarlar
- 02Hər cümlə beş mərhələdən keçir
- 03Kitab və videoda hər sözün tərcüməsi
Bir cümlə, beş mərhələ.
Hər yeni cümlə asandan çətinə doğru beş mərhələdə qarşına çıxır. Əvvəlcə cümləni eşidirsən, sonda isə heç nəyə baxmadan özün deyirsən.
Səhvlərini göstərir, səbəbini izah edir.
Danışanda tətbiq səsinə qulaq asır və hansı sözlərin aydın çıxmadığını göstərir. Yazanda isə qrammatik səhvini tapır, niyə səhv olduğunu azərbaycanca izah edir və düzgün variantı göstərir.
Tələffüz yoxlaması
Eşitdiyim: “Honestly, I sink it’s the opposite.”
think sözündəki “th” səsini düzgün tələffüz etmək üçün dilinin ucunu dişlərinin arasına qoy və yüngülcə üfür. “s” kimi tələffüz etmə.
Yazı yoxlaması
Yesterday I go went to the airport by bus.
Yesterday keçmiş zamandan bəhs edir. Past Simple zamanında go felinin keçmiş forması went olur.
Öyrəndiklərini unutmağa qoymur.
Bir dəfə öyrənilən cümlə bir neçə gündən sonra yaddan çıxır. FluentED keçdiyin cümlələri unutmağa başladığın vaxt yenidən qarşına çıxarır, belə də öyrəndiklərin uzun müddət yadda qalır.
Hər təkrarda məşq bir az daha çətinləşir. Səhv etsən, cümlə yenidən ilk mərhələdən başlayır.
Gününə uyğun rejimi seç.
Rejimi ana ekrandan bir toxunuşla dəyişə bilərsən. Hansı rejimdə məşq etsən də, qaldığın yer və nəticələrin hesabında saxlanılır.
Tam məşq
Əsas məşq rejimi. Cümləni dinləyirsən, yazırsan, diktə ilə yoxlayırsan, səsini yazırsan və sonda yaddaşdan deyirsən.
Dinləmə
Telefonu cibinə qoy, qulaqlığı tax. Hər cümlə əvvəlcə azərbaycanca, sonra öyrəndiyin dildə səslənir.
Yolda · idmanda · mətbəxdə
Our flight was delayeddelayedgecikmiş by two hours.
Oxu
Gündəlik mövzularda mətn və dialoqları oxu. Bilmədiyin sözə toxun, tərcüməsi dərhal görünsün. Hələlik ingilis dili kursunda var.
Sevdiyin videonu ikidilli altyazı ilə izlə.
YouTube videosunun linkini yapışdır. İngiliscə, almanca və ya rusca altyazının altında azərbaycanca tərcümə gedir. Bilmədiyin sözə toxunanda video dayanır və mənası çıxır.
- Sözə toxun: video dayanır, mənası çıxır
- Sətri təkrarla, sürəti azalt
- Altyazının rəngini və ölçüsünü özün seç
- Bəyəndiyin sözləri saxla, sonra kartlarla məşq et
İngiliscə, almanca və ya rusca altyazısı olan YouTube videoları ilə işləyir. Öz video faylını .srt altyazı ilə də aça bilərsən.
Sevdiyin kitabı tərcümə ilə oxu.
Öz kitabını yüklə və ya tətbiqdəki kitabxanadan seç. Sözə toxunanda onun tərcüməsi, barmağını saxlayanda isə bütöv cümlənin tərcüməsi çıxır.
- EPUB, FB2, PDF, TXT və DOCX faylları
- Hazır kitabxana: hər üç dildə hekayələr və klassiklər
- Saxladığın sözlər ayrıca siyahıda, kartlarla məşq
- Kitabların yalnız sənin cihazında qalır
Sıfırdan C1-ə qədər.
İlk girişdə dili və səviyyəni seçirsən. İngilis dilində dərslər A1-dən C1-ə, alman və rus dillərində A1-dən B2-yə qədərdir. Səviyyə yüksəldikcə cümlələr uzanır, mövzular dərinləşir. Cümlələr gündəlik həyatdandır:
kafe · hava limanı · iş · həkim · səyahət · alış-veriş
- A1Əsas ifadələr və gündəlik ünsiyyət.
- A2Sadə söhbətlər və gündəlik situasiyalar.
- B1–B2Daha sərbəst danışmaq, fikrini ifadə etmək və söhbəti davam etdirmək.
- C1Daha mürəkkəb fikirlər, təbii ifadələr və yüksək səviyyəli danışıq.
- 3dil bir tətbiqdə
- 5məşq mərhələsi
- 3məşq rejimi
- 2cihazda bir hesab
Sənə uyğun planı seç.
Hər planda tətbiqin bütün bölmələri və üç dilin hamısı açıqdır: ingilis, alman və rus. Fərq yalnız müddətdədir.
- İngilis, alman və rus dilləri
- Tam məşq, Dinləmə və Oxu rejimləri
- Tələffüz və yazı yoxlaması
- Video və kitab bölmələri
- 2 cihazda istifadə, nəticələrin hesabında qalır
- İngilis, alman və rus dilləri
- Tam məşq, Dinləmə və Oxu rejimləri
- Tələffüz və yazı yoxlaması
- Video və kitab bölmələri
- 2 cihazda istifadə, nəticələrin hesabında qalır
- İngilis, alman və rus dilləri
- Tam məşq, Dinləmə və Oxu rejimləri
- Tələffüz və yazı yoxlaması
- Video və kitab bölmələri
- 2 cihazda istifadə, nəticələrin hesabında qalır
Kodun var? Başla →
Öyrəndiyin dili danışıqda işlət.
Tətbiq tələffüzünü və yazdığını yoxlayır, səhvin nədə olduğunu azərbaycanca izah edir.
Telefonda da, kompüterdə də işləyir. Birində başlayıb o birində davam edə bilərsən.
FluentED-də cümləni yalnız oxumursan, onu dinləyir, yazır və ucadan deyirsən. Səhvini elə o an görürsən, bir az sonra isə həmin cümləni yaddaşdan deyə bilirsən.
Üç addımda hazırsan.
- 1
Kod al
Instagram-da @fluentedcom səhifəsinə yaz. Ödənişdən sonra giriş kodunu sənə göndəririk.
- 2
Hesab yarat
“Başla” düyməsinə bas, e-poçtunla hesab yarat və kodu daxil et.
- 3
Ana ekrana əlavə et
Tətbiq telefonunda adi tətbiq kimi açılır və işləyir. App Store və ya Play Market lazım deyil.
Tez-tez verilən suallar
Hansı dilləri öyrənmək olar?
İngilis, alman və rus dillərini.
Bütün izahlar və tərcümələr azərbaycancadır.
Dili istədiyin vaxt ana ekrandakı bayraq düyməsi ilə dəyişə bilərsən, hər dildə qaldığın yer ayrıca saxlanılır.
Tətbiqi haradan yükləyim?
Heç yerdən.
FluentED-i brauzerdə açırsan. Ana ekrana əlavə etdikdə iPhone, Android və kompüterdə adi tətbiq kimi işləyir.
Hansı səviyyədən başlamaq olar?
Sıfırdan başlaya bilərsən.
A1 və A2 başlanğıc səviyyələridir, sonra B1–B2 gəlir. İngilis dilində C1 də var.
İlk girişdə səviyyəni seçirsən, sonra ayarlardan dəyişə bilərsən.
Gündə nə qədər vaxt lazımdır?
Gündə bir neçə dəqiqə ilə başlaya bilərsən.
Nə qədər məşq edəcəyini və gündə neçə yeni cümlə öyrənəcəyini özün seçirsən.
Təkrarlar da gündəlik plana avtomatik əlavə olunur.
Ödəniş aylıqdır, yoxsa birdəfəlik?
Üç seçim var: aylıq 24,90 ₼, 3 aylıq 59,90 ₼ və ya birdəfəlik 149,90 ₼.
Abunə avtomatik yenilənmir: müddət bitəndə istəsən yeni kodla uzadırsan. Birdəfəlik ödəyəndə aylıq ödəniş olmur. Gizli ödəniş yoxdur.
Almadan əvvəl sınamaq olar?
Bəli, 1 gün pulsuz sınaq imkanı var.
Kod lazım deyil, sadəcə hesab yaradırsan.
Sınaq hesab yaradıb tətbiqə daxil olduğun andan etibarən 24 saat davam edir.
Sınaq zamanı FluentED-in əsas funksiyalarını və məşq sistemini sınaya bilərsən.
Neçə cihazda istifadə edə bilərəm?
Bir hesabı 2 cihazda, məsələn, telefonda və kompüterdə istifadə edə bilərsən.
Nəticələrin hesabında saxlanılır, telefonunu dəyişsən də öyrəndiklərin itmir.
Süni intellekt nəyi yoxlayır?
Səsini yazanda hansı sözləri aydın tələffüz etmədiyini göstərir.
Cümlə yazanda isə qrammatik səhvlərini və onların səbəbini izah edir.
Yoxlama hər üç dildə işləyir.
Bloqdan
Hazır cümlələr, tipik səhvlər və öyrəndiklərini unutmamağın yolları.
Alman dilini sıfırdan öyrənmək: haradan başlamalı
Alman dili ilk baxışdan qəliz görünür, amma düzgün başlayanda işin yarısı asanlaşır. Oxunuş, der, die, das, söz sırası və ilk ayın planı sadə dildə.
5 dəqiqəlik oxuRus diliRus dilini sıfırdan öyrənmək: əlifbadan ilk danışığa
Rus dilini çoxumuz eşidərək tanıyırıq, amma danışmağa gələndə vurğu, hallar və fellərin növü çətinlik yaradır. Kiril əlifbasından ilk danışığa qədər sadə plan.
4 dəqiqəlik oxuBaşlanğıcİngilis dilini sıfırdan öyrənmək: addım-addım plan
İngilis dilini sıfırdan öyrənmək düşündüyündən asandır, sadəcə düzgün ardıcıllıq lazımdır. İlk həftədən A2 səviyyəsinə qədər nəyi, hansı qaydada və gündə nə qədər öyrənəcəyini bu planda tapacaqsan.
5 dəqiqəlik oxuDanışmağa bu gün başla.
Hər gün bir az məşq et ki, bildiyin sözlər danışanda yadına düşsün.
FluentED70 saniyəlik tanıtım